“Milan”da yeni müdafiəçi – rəsmi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “Lion”dan müdafiəçi Pyer Kalulunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu ilə 2025-ci ilin iyulunadək nəzərdə tutulan müqavilə imzalanıb.