“Milan”da yeni futbolçu – rəsmi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “Torino”dan Soualio Meyteni icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Razılığa əsasən, 26 yalı futbolçu cari mövsümün sonunadək komandanın şərəfini qoruyacaq. Onun müqaviləsində transfer hüquqlarını almaq bəndi də var.