Danışıqlar başladı – Ziyex üçün

“Milan” “Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyexi transfer etmək istəyir.

Komanda.az  “Sky Sport”-a istinadən xəbər verir ki, mərakeşli futbolçu yay transfer pəncərəsində İtaliya klubu üçün prioritet hədəfdir. Hazırda “Milan”la “Çelsi” birbaşa danışıqlar aparır və Ziyexin transfer şərtlərini müzakirə edirlər.

“Milan” rəhbərliyi sövdələşmənin bitəcəyinə əmindir.

Ziyexin “Çelsi” ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Yarımmüdafiəçi ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.