“Milan” “Qarabağ”ın keçmiş futbolçusunun transfer haqqını alır

“Milan” keçən mövsümün ikinci hissəsini icarə əsasında komandada keçirən Asmir Beqoviçin transfer hüquqlarını almaq niyyətindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 33 yaşlı futbolçunu transfer etmək üçün müqavilə ilə məxsus olduğu “Bornmut” klubuna müraciət edib. “Milan” qapıçısı Pepe Reynanın “Latsio”ya keçməsindən sonra onun boşluğunu Beqoviçlə doldurmaq niyyətindədir. Tərəflər arasında danışıqların aparıldığı bildirilir.

Beqoviç keçən mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button