“Milan” qalib gəldi, hücumçusunu itirdi

İtaliya A Seriyasının 8-ci turu çərçivəsində “Napoli”yə 3:1 hesabı ilə qalib gələn “Milan” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb. Matçın 78-ci dəqiqəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib və əvəzlənib. Sol ayağından zədələnən isveçli futbolçunun vəziyyəti ilə bağlı məlumat verilməyib.

Zlatan bu oyunda komandasının iki qolunu vurub.