“Milan” müdafiəçisinin xidmətindən məhrum oldu

İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın müdafiəçisi Simon Kyaer sıradan çıxıb. UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Seltik”lə oyunda (4:2) sıradan çıxan 31 yaşlı futbolçu sağ ayağından zədələnib. Futbolçu növbəti günlərdə yenidən tibbi müayinədən keçəcək. Onun azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.