“Milan” milli üzvünü transfer etdi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Bosniya və Herseqovina yığmasının yarımmüdafiəçisi Rade Kruniçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Empoli”dən transfer olunan futbolçu ilə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatının yazdığına görə, “Milan” bu keçid qarşılığında “Empoli”yə 8 milyon avro təzminat ödəyəcək.

Kruniç ötən mövsüm “Empoli”nin heyətində 34 oyuna çıxıb, 5 qola imza atıb.