“Milan” Maldini ilə anlaşdı

Baş məşqçi Cennnaro Qattuzo və idman direktoru Leonardo ilə yollarını ayıran “Milan” Paulo Maldini ilə razılıq əldə edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun idarə heyətində yer alan Maldiniyə idman direktoru vəzifəsinə keçmək təklif edilib. Klub rəsmiləri ilə keçirilən görüşdə təklifin detallarının müzakirə edildiyi və ilkin razılığın əldə olunduğu bildirilir.

Bu təyinat rəsmiləşərsə, Paulonun futbolçu tapmaq, transfer etmək və komandaları idarə etmək kimi vəzifələri icra edəcəyi bildirilir.

Paulonun Leonardonun istefasından sonra qeyri-rəsmi olaraq idman direktoru vəzifəsini icra etdiyi və baş məşqçi axtarışlarına başladığı deyilir. Maldininin siyahısında “Monako”nun baş məşqçisi Leonardo Jardim və SPAL-ı çalışdıran Leonardo Sempliçinin olduğu bildirilir.