“Milan” Lovrendən imtina etdi, onu istəyir

İtaliyanın “Milan” klubunun “Liverpul”un müdafiəçisi Deyan Lovreni transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” artıq bu transferdən imtina edib. Buna səbəb isə Mersisayd təmsilçisinin xorvatiyalı futbolçu üçün azı 20 milyon avro tələb etməsi olub.

Bu keçiddən imtina edən “Milan”, “Mançester Yunayted”in 25 yaşlı futbolçusu Erik Bayini transfer etmək niyyətindədir. “Milan”ın Erik üçün tezliklə “qırmızı şeytanlar”a rəsmi təklif göndərəcəyi bildirilir.

Bayinin “Mançester Yunayted”lə müqaviləsi 2020-ci ildə bitir.