“Milan”ın keçmiş futbolçusu B Seriyasında

“Milan” klubunun keçmiş futbolçusu Massimo Oddo İtaliyada klub çalışdıracaq.

Komanda.az xəbər verir ki, sabiq müdafiəçi “Peruca” klubunun “sükanı arxasına” gətirilib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Oddo futbolçu karyerası ərzində “Milan”, “Latsio”, “Bavariya” kimi klubların şərəfini qoruyub. O, “Peskara”, “Udineze” və “Krotone” klublarında isə baş məşqçi kimi işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button