İbrahimoviç ardıcıl 24 mövsümdür ki…

“Milan” İtaliya A Seriyasının 3-cü turunda “Latsio”nu məğlub edib – 2:0.

Komanda.az xəbər verir ki, oyunda “qırmızı-qaralar”ın 2-ci qolunu vuran Zlatan İbrahimoviç unikal göstəriciyə imza atıb. Belə ki, 39 yaşlı hücumçu karyerası ərzində ardıcıl 24-cü futbol mövsümüdür ki, qol vurmağı bacarır.

İbrahimoviç “Milan”dan əvvəl “Ayaks”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button