İddia: “Milan” Mancukiçlə anlaşıb

İtaliyanın “Milan” klubunun Mario Mancukiçi heyətinə qatmaq istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, bu transfer tamamlanmaq üzrədir. Bu barədə italiyalı jurnalist Nikola Şkira özünün “tvitter” səhifəsində məlumat verib.

Məlumata görə, tərəflər bütün detallarda anlaşıb. “Qırmızı-qaralar” 34 yaşlı futbolçuyla cari mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə imza atacaq.

Mancukiç “Milan”a azad agent kimi keçəcək.

Xorvatiyalı futbolçu daha əvvəl İtaliyada “Yuventus”un şərəfini qoruyub.