“Milan” ispaniyalı futbolçusunu itirdi

“Milan” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İtaliya klubunun yarımmüdafiəçisi Samuel Kastilyexo zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə ispaniyalı futbolçunun A Seriyasının 29-cu turu çərçivəsində baş tutan SPAL-la oyunda (2:2) zədələndiyi diqqətə çatdırılıb.

Sağ ayağından zədələnən 25 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. Onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Amma dəqiq bərpa müddəti açıqlanmır.

2018-ci ildən “Milan”ın formasını geyinən Kastilyexo, bu mövsüm A Seriyasında 20 oyuna çıxıb, 1 qol vurub.