Milan “İnter”i koronavirus testinin nəticələrini açıqladı

İtaliyanın “İnter” klubu futbolçuların koronavirus testinin nəticələrini açıqlayıb.

Komanda.az Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb. Komandanın bu gündən fərdi məşqləri bərpa edəcəyi vurğulanıb.

Qeyd edək ki, İtaliyada fərdi məşqlərə mayın 4-dən icazə verilib. Komandalar mayın 18-dən kollektiv şəkildə də məşq edə biləcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button