“Milan” İbrahimoviçlə müqavilə bağladı

Zlatan İbrahimoviç “Milan”la bir illik yeni müqavilə imzalayıb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 40 yaşlı futbolçunun maaşı ildə təxminən 1 milyon funt-sterlinq və bonuslara qədər azaldılacaq.

İsveçli forvard sol dizini əməliyyat etdirib, bu səbəbdən qarşıdakı mövsümdə meydana çıxması mümkün olmayacaq.

İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.