“Milan” hücumçusunu “Ayntraxt”a satdı

Almaniyanın “Ayntraxt” klubu “Milan”dan icarəyə götürdüyü Andre Silvanı birdəfəlik transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı portuqal hücumçu Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

“Ayntraxt” Silvanı 2019-cu ilin sentyabrında icarəyə götürmüşdü. Futbolçu geridə qalan mövsümdə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 37 oyunda 16 qola imza atıb.

“Portu”nun yetirməsi olan Portuqaliya millisinin hücumçusu 2017-ci ildə “Milan”a transfer edilib, 2018/19 mövsümünü isə “Sevilya”da icarədə keçirib.