“Milan” çempionun maaşını 3 qat artırır

“Milan” klubu futbolçusu Teo Hernandesin məvacibini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi hazırda illik 1,5 milyon avro qazanan fransalı müdafiəçinin maaşını 4,5 milyon avroya qaldırmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Hernandesin hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Müdafiəçi bir neçə gün əvvəl Fransa millisiylə UEFA Millətlər Liqasının qalibi olub.