“Milan”da baş məşqçi dəyişikliyi

“Milan” klubu baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə italyan jurnalist Fabrisio Romano rəsmi “tvitter” hesabından məlumat yayıb. O, Campaolonun postundan göndərildiyini bildirib.

Romano “Milan”da boş qalan baş məşqçi postuna Stefano Piolinin gətiriləcəyini iddia edib. Pioli son olaraq “Fiorentina”nı çalışdırıb və hazırda işsizdir.

“Milan” İtaliya A Seriyasında 7 turdan sonra 9 xalla 13-cü sıradadır.