“Barselona”ya “yox”, “Milan”a “hə”

Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Dani Olmo karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” 21 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı-qaralar”ın Olmo üçün Zaqreb klubuna 30 milyon avroluq təklif göndərdiyi və “Dinamo”nun bu təklifə müsbət yanaşdığı bildirilir. Yarımmüdafiəçi də “Milan”a transfer olunmağa razılıq verib.

Bir müddət əvvəl “Barselona” Olmo üçün “Dinamo”ya təklif göndərsə də, xorvatlar bu təklifi qəbul etməmişdilər.

“Barselona”nın yetirməsi olan Olmo, 2014-cü ildə “Dinamo”ya keçib. 2015-ci ildən Zarqeb təmsilçisinin əsas komandasında çıxış edən ispaniyalı futbolçu, bu mövsüm 22 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.