Mevlut Erdinçin yeni klubu bəlli oldu

Futbol üzrə Türkiyə yığmasının sabiq hücumçusu Mevlüt Erdinçin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu yeni mövsümdən Super Liqada mübarizə aparacaq “Fatih Karagümrük”lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Erdinç 2019-cu ilin yayından “Fənərbaxça”da çıxış edirdi. O, bu komandanın heyətində ötən mövsüm Super Liqada 12 oyuna çıxıb. O, Türkiyə kubokunda meydanda olduğu 7 oyunda isə 4 qola imza atıb.

Mevlüt “Fənərbaxça”dan öncə “Soşo”, PSJ, “Renn”, “Sent-Etyen”, “Hannover”, “Genqam”, “Mets”, “Başakşəhər” və “Antalyaspor”da da forma geyinib.