“Messi yaxşı günündə olacaqsa…” – “Lion”un baş məşqçisi

“Lion”un baş məşqçisi Bruno Cenesio, Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” ilə qarşılaşacaqları ilk oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, Lionel Messini dayandırmağın mümkünsüz olduğunu deyib:

“Messini dayandırmaq mümkünsüzdür. O, düşündüyünü edə bilən futbolçudur. Messi dahidir.

Komanda şəklində müdafiə olunaraq, onu dayandırmağa çalışacağıq. Ancaq yaxşı günündə olacaqsa, Messinin qarşısıalınmaz olduğunu bilirik. “Mançester Siti” ilə oyundakı kimi müdafiə olunacağıq”.

“Lion” – “Barselona” matçı bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button