“Messinin məşqdə bunu necə etdiyini gördüm və…” – Qrizmann

İspaniya La Liqasının 2-ci turu çərçivəsində öz meydanında “Betis”ə 5:2 hesabı ilə qalib gələn “Barselona”nın hücumçusu Antuan Qrizmann matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda 2 qolla yadda qalan 28 yaşlı futbolçu, “Atletik”lə matçdan sonra (0:1) daha çox çalışdıqlarını deyib:

“Atletik”ə məğlubiyyətdən sonra bizimlə bağlı çox fikir vardı və bu həftə daha çox çalışmalı olduq. “Betis” hesabı açdıqdan sonra sanki oyandıq və yaxşı oynamağa başladıq. Bu gün göstərdiyimiz oyundan həzz aldıq və ümid edirəm ki, hər zaman belə olacaq”.

Fransalı futbolçu, Lionel Messisayağı vurduğu ikinci qolu haqqında da danışıb:

“Komandada tək heç nə edə bilmərəm. Qol vurmağım və ya məhsuldar ötürmə verməyim digər komanda yoldaşlarımın sayəsində olur. Biz bir komandayıq. İkinci qoluma gəlincə, bəli, Messinin məşqdə bunu necə etdiyini gördüm və onu matçda təkrarlamaq qərarına gəldim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button