“Messinin Ronaldo ilə birlikdə “Yuventus”da oynamasını xəyal edə bilmirəm”

“Yuventus”un futbolçusu Xuan Kuadrado komandadakı taleyindən və “Barselona”dan ayrılması gündəmdə olan Lionel Messinin Turin klubuna mümkün transferindən danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu, baş məşqçisi Andrea Pirlo ilə gələcəyi barədə danışacağını bildirib:

“Pirlo ilə hələ danışmaq fürsətim olmayıb. Növbə mənə çatanda, ona harda rahat hiss etdiyimi deyəcəm. Ümid edirəm ki, o, komandaya lazımi fayda verər və birlikdə çoxlu titullar qazanarıq.

Messinin Kriştiano Ronaldo ilə birlikdə “Yuventus”da oynamasını xəyal edə bilmirəm. Bu haqda heç bir şey deyə bilmərəm. Amma Ronaldo transfer olunarkən da bir çox insan buna inanmadı və o, anidən gəldi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button