“Messinin karyerasını bizdə bitirəcəyinə əminəm”

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen Lionel Messi və Filippe Koutinyo ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, klub rəhbrəliyində olan anlaşılmazlığın Messinin qərarına təsir etməyəcəyini bildirib:

“Böyük klublarda belə halların baş verməsi normaldır. Bunların mətbuatda yayılması məyusedicidir. Təbii ki, rahat mühitdə çalışmaq daha yaxşıdır. Klub rəhbərliyinin Messi ilə yeni müqavilə üçün razılaşdırmaya ehtiyacının olduğunu düşünmürəm. Messinin karyerasını bizdə bitirəcəyinə əminəm”.

Mütəxəssis, icarə əsasında “Bavariya”da çıxış edən və müqaviləsi mövsümün sonunda başa çatacaq Koutinyo ilə bağlı bunları deyib:

“Filippe həqiqətən çox sevdiyim futbolçudur və o, hazırda “Barselona”ya aiddir. Onun klubdan ayrılması üçün müəyyən təzminat məbləği ödənilməli, “Barselona”ya uyğun məbləğ təklif olunmalıdır. Məqsədinin nə olduğunu öyrənmək üçün Koutinyo ilə danışacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button