“Messinin “Barselona”dakı vəziyyəti məni narahat etmir” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis, hücumçunun “Barselona”dakı vəziyyəti haqqında danışıb:

“Düşünürəm ki, Messinin vəziyyəti yaxşıdır. “Betis”lə oyunda (3:2) qol vurmasa da, məhsuldar ötürmə verdi və yaradılan hər qol epizodunda iştirak edirdi. Özünü yaxşı hiss etdiyini düşünürəm. Gələcək karyerası ilə bağlı qərar verməli olacaq, amma məncə, o, bu vəziyyətlə bağlı narahat deyil. Həm millidə, həm də “Barselona”da vəziyyəti yaxşıdır. Messinin “Barselona”dakı vəziyyəti məni narahat etmir.

Messi millidə uğur qazanmaq istəyən yeganə şəxs deyil. Hamımız qalib gəlmək istəyirik. Əsas məsələ Amerika kubokunda qalib gəlmək üçün cəhd etməkdir. Çalışacağıq və ümid edirəm ki, bunu bacaracağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button