“Messinin ayrılmaq qərarına hörmət etməli idilər” – Suares

Bir müddət əvvəl “Barselona”dan “Atletiko”ya transfer olunan Luis Suares Kataloniya klubundakı keçmiş komanda yoldaşı Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu, “Barselona”dan ayrılmaq istəyən, lakin bu istəyi reallaşmayan Messi ilə bağlı bunları deyib:

“Düşünürəm ki, Messinin ayrılmaq qərarına hörmət etməli idilər. Messi çox çətin bir dövrdən keçdi. O, komandadan getmək istəyirdi, lakin klub onu buraxmadı. O, “Barselona” üçün çox şey etdi. Lionel xoşbəxt olduğu yerdə olmalıdır.
Messi “Barselona”da özünü yaxşı hiss etsə, qalacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button