“Messini sevsəm belə, bunu deməliyəm” – Kafu

Braziliyalı sabiq futbolçu Kafu PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, Neymarla Lionel Messini müqayisə edib:

“Dünyada texnika və bacarıq baxımından Neymara çatan futbolçu yoxdur, hətta Messi belə. Messini sevsəm belə, bunu deməliyəm. Neymar oyunda fərq yarada biləcək bir oyunçudur. O, məsuliyyəti üzərinə götürməli və liderlik bacarığını göstərməlidir. O, hazırda Braziliyanın ümididir. Neymar istəsə, meydanda bütün futbolçular onun ardınca qaçar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button