Messi Ronaldonu arxada qoydu

“Barselona” İspaniya La Liqasının 30-cu turunda “Vilyarreal”la 4:4 hesablı heç-heçə edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 3-cü qolunu vuran Lionel Messi yeni uğura imza atıb. Belə ki, Messi 90-cı dəqiqədə cərimə zərbəsindən qol vurub. O, bununla da, standart vəziyyətlərdən vurduğu qolların sayında Kriştiano Ronaldonu geridə qoyub. Ronaldo “Real” formasıyla La Liqada 80 dəfə standart vəziyyətlərdən fərqlənib.

Argentinalı hücumçu bu qolla həm də La Liqada 414-cü dəfə fərqlənib. O, bununla da, Avropanın 5 əsas liqasında ən çox qol vuran futbolçu olan Kriştiano Ronaldoya çatıb. Messi bütün qolları “Barselona” formasıyla, Ronaldo isə La Liqada “Real” formasıyla 313, İngiltərədə “Mançester Yunayted”lə 84, İtaliyada “Yuventus”la 19 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button