“Messi, Ronaldo kimi futbolçular karyeralarını davam etdirərkən…” – Van Dayk

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Lionel Messidən sonra 2-ci yer tutduğu “qızıl top” mükafatı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu, sözügedən mükafatı qazanmağın çətin olduğunu bildirib:

“Qızıl top” mükafatının nəticələrinə hörmət etmək lazımdır. Bu mükafat uğrunda yarışda qalib gəlməyə yaxın idim, amma Lionel Messi məndən daha yaxşı idi. O, fantastik futbolçudur.

İndiyədək bacardıqlarımla qürur duyuram. Ümid edirəm ki, bir gün bu mükafatı qazana bilərəm, amma Messi, Kriştiano Ronaldo kimi futbolçular karyeralarını davam etdirərkən, bu, çətin olacaq.

Burda olduğum üçün qürur duyuram. Növbəti il daha üst pillələrdə yer almaq istəyirəm”.