Messi “Real Sosyedad”la oyunda niyə iştirak etməyib?

“Barselona” İspaniya superkubokunun yarımfinal oyununda “Real Sosyedad”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, rəqibinə penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Kataloniya klubunun hücumçusu Lionel Messinin bu oyunda iştirak etməməsinin səbəbi məlum olub. Məlumata görə, argentinalı futbolçu zədə səbəbiylə bu oyunu buraxıb. Onun La Liqanın son turu çərçivəsində “Qranada” ilə keçirilən oyunda (4:0) narahatlıq yaşadığı bildirilir. Əzələsindən zədələnən futbolçu “Real Sosyedad”la oyunu buraxmalı olub.

Messi zədə səbəbindən İspaniya superkubokunun final matçını da buraxa bilər. Kataloniya komandası finalda “Real” – “Atletik” cütünün qalibi ilə üz-üzə gələcək. Digər yarımfinal oyunu bu gün, final görüşü isə yanvarın 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button