Messi qayıtdı

“Barselona”dan ayrılmaq istəməsi ilə gündəmdə olan Lionel Messi bu gündən komandanın məşqlərinə qoşulub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu kataloniyalıların bugünkü məşqində iştirak edib. Messi bu günədək fərdi məşqlər edirdi.

“Barselona”dan ayrılmaq istəyən və bunun üçün kluba müraciət edən hücumçu, komandanın məşqlərində iştirak etmirdi. Son olaraq o, qərarını dəyişərək, növbəti yay başa çatacaq müqaviləsinin sonuna qədər komandada qalmağa razılaşdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button