“Messi məşqlərdə əlindən gələni edir” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman mövsümə hazırlıqla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, futbolçuların hazırlığı və hücumçu Lionel Messi barədə danışıb:

“Barselona”nın hazırlığı yaxşı keçir, futbolçular çox yaxşı çalışırlar. Komandanın iki həftə ərzində etdiyi məşqlərdən məmnunam. Gənc futbolçular komandaya uyğunlaşıb. Güclü komandamız var və hər kəsin oynamaq ehtimalı yüksəkdir. Komandadakı atmosfer əladır.

Messi komanda üçün çox vacib bir futbolçudur və bunu sübut edib. Ümid edirəm ki, yeni mövsümdə də bunu təkrarlaya bilər. Messi məşqlərdə əlindən gələni edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button