“Messi “Barselona”dan qovulduğumu düşünür” – Suares

Bir müddət əvvəl “Barselona”dan “Atletiko”ya transfer olunan Luis Suares açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubundan ayrılığı barədə danışan uruqvaylı futbolçu, “Barselona”nın kapitanı Lionel Messi ilə münasibətinə də toxunub:

“Messinin mənim ayrılığıma verdiyi reaksiyaya təəccüblənmədim. Onu yaxşı tanıyıram, yaşadığı ağrıları bilirəm. Messi “Barselona”dan qovulduğumu düşünür. Düzdür, bu məsələni həll etməyin başqa yolları var idi. Altı ilimi bu klubda keçirdim və belə ayrılıq Messini narahat edir.

“Barselona”dakı bəzi nüanslar məni incitdi. “Atletiko” mənə təklif göndərəndə, bir dəqiqə belə tərəddüd etmədim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button