“Messi ilə birlikdə oynamaq xəyalımdır” – “İnter”in futbolçusu

“İnter”in argentinalı futbolçusu Lautaro Martines Milan klubundakı vəziyyəti barədə danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”dan danışan Martines, “Barselona”nın futbolçusu Lionel Messi ilə birlikdə oynamaq istədiyini də bildirib:

“İnter”də xoşbəxtəm. Klubla menecerim danışıq aparır. “İnter” üçün əlimdən gələn hər şeyi etmək istəyirəm.

Messi ilə birlikdə oynamaq mənim xəyalımdır. Onunla birlikdə oynamaq möhtəşəm olar, Messi dünyanın ən yaxşısıdır. Milli komandada onunla birlikdə oynadığım üçün şanslıyam”.

Bir müddət əvvəl Martinesin adı “Barselona” ilə yanaşı hallanırdı.