“Messi ilə bağlı hadisəyə görə istefa vermək haqda düşünmədim” – Bartomeu

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, bir müddət əvvəl “Barselona”dan ayrılmaq qərarı verən argentinalı hücumçu ilə bağlı bunları deyib:

“Məqsədimiz Messini yeni layihəmizin bir hissəsi olaraq saxlamaqdır. Messi ilə bağlı məsələdə klubun maraqlarını hər şeydən üstün tutduq. Hamının mövqeyini başa düşürəm. Messinin əsəbləşməsi normaldır, hamımız eyni hissləri keçirirdik, məğlubiyyəti qəbul edə bilmirdik. Hamımız Messinin karyerasını “Barselona”da bitirməsini istəyirik. Messi ilə bağlı hadisəyə görə istefa vermək haqda düşünmədim. “Barselona” üçün, komanda üçün Messinin burda qalması və karyerasını burda bitirməsi vacibdir. Düşünürəm ki, onunla birlikdə bu mövsüm titul qazanacağıq”.