“Mən olduğum müddətdə Messi həmişə meydanda olacaq” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni PSJ-nin və yığma komandanın hücumçusu Lionel Messinin oyunu haqda danışıb. 

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, baş məşqçi, 35 yaşlı argentinalı forvardın həmişə meydanda olacağını deyib:

“Mən olduğum müddətdə Messi həmişə meydanda olacaq. Pis bir şey olmasa, Lionel oynayacaq. Onun xüsusi bacarığı var. Burada heç bir mübahisə də ola bilməz”.

Skaloni qeyd edib ki, Messi PSJ-də xoşbəxtdir:

“Lionel xoşbəxtdir, yaxşı oynayır və məncə, onu başa düşən komandadadır. Düşünürəm ki, Messi PSJ ilə bir addım irəli atdı”.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 11 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button