Messi daha bir rekorda imza atdı

Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi daha bir rekorda imza atıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu yığmanın heyətində ən çox qələbə qazanan futbolçu adına yiyələnib.

O, DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə 4-cü turunda səfərdə Peruya qalib gəldikləri görüşdə (2:0) rekorda nail olub.

Bu, Messinin 142 görüşdə 85-ci qələbəsidir. O, 147 qarşılaşmada 84 dəfə qələbəyə sevinən sabiq komanda yoldaşı Xavyer Maskeranonun rekordunu yeniləyib.

Millinin keçmiş kapitanı Xavyer Zanetti (142 oyunda 80 qələbə) bu göstəricidə 3-cüdür.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button