Messi ÇL matçına aparılmadı

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Ukraynada keçiriləcək Kiyev “Dinamo”su ilə oyunu buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

33 yaşlı argentinalı hücumçu bu qarşılaşma üçün sifariş olunmayıb. Argentinalı futbolçu ilə yanaşı, Frenki De Yonqun da adı iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ronald Kuman hər iki oyunçuya istirahət verdiyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 24-də keçiriləcək “Dinamo” – “Barselona” matçına Bakı vaxtı ilə saat 24:00-da start veriləcək.