Messi cəzalandı – Maradonaya həsr etdiyi qol sevincinə görə

Futbol üzrə İspaniya La Liqasının 11-ci turu çərçivəsində “Osasuna” ilə ev oyununda (4:0) vurduğu qoldan sonra formasını çıxaran “Barselona”nın hücumçusu Lionel Messi buna görə cəzalanıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu həmin qolu bir neçə gün əvvəl dünyasını dəyişmiş həmyerlisi Dieqo Maradonaya həsr etmişdi.

Amma o, bu qolu formasını çıxararaq və altdan geyindiyi Maradonanın forması ilə qeyd etdiyi üçün cəzalanıb. İspaniya Futbol Federasiyası futbolçuya verilmiş sarı vərəqəni qüvvədə saxlayıb, onu 600 avro cərimə edib.

Messinin və “Barselona”nın bu qərara etiraz etmək hüququnun olduğu da diqqətə çatdırılıb.