Messi “Barselona” ilə məşqləri bərpa etdi

Xeyli müddət idi “Barselona”dan ayrılacağı gözlənilən, bir neçə gün öncə isə komandada qalacağını açıqlayan Lionel Messi nəhayət ki, Kataloniya təmsilçisinin düşərgəsinə qayıdıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu bu gün məşq üçün klubun bazasına gedib.

Ötən gün koronavirus testindən evində keçən argentinalı hücumçu bu gün məşqə gələn ilk oyunçu olub. Onun məşq üçün bazaya 1 saat tez gəldiyi vurğulanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button