Messi 1-ci oldu, Ronaldo “yoxa çıxdı” SİYAHI

“Football Observatory” analitik mərkəzi 2018-ci ildə Avropanın “TOP-5” liqasında ən çox driblinq edən futbolçuların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, ötən il ən çox driblinq edən futbolçu “Barselona”nın hücumçusu Lionel Messi olub. Argentinalı futbolçu hər qarşılaşmada orta hesabla 19,2 dəqiqədən bir driblinq edib.

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo analitik mərkəz tərəfindən hazırlanan, 50 futbolçunun yer aldığı siyahıda özünə yer tapmayıb.

  1. Lionel Messi – “Barselona”
  2. Allan Sen-Maksimen – “Nitsa”
  3. Eden Hazard – “Çelsi”
  4. Naim Sliti – “Dijon”
  5. Osman Dembele – “Barselona”
  6. Ceydon Sanço – “Borussiya” (Dortmund)
  7. Markus Türam – “Genqam”
  8. Ceff Ren-Adelaid – “Anje”
  9. Uilfrid Zaha – “Kristal Pelas”
  10. Anxel Korrea – “Atletiko”
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button