Mertens Maradonaya çatdı

“Napoli” İtaliya A Seriyasının 34-cü turunda “Frozinone”ni 2:0 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada komandasının ilk qolunu vuran Dris Mertens, yerli çempionatda 81-ci qoluna imza atıb. Belçikalı hücumçu bu göstəricidə “Napoli”nin sabiq üzvü Dieqo Maradonaya çatıb. Mertens 202-ci oyununda, Maradona isə 187-ci qarşılaşmada 81 qol həddinə çatmışdı.

Mertens həm də, “Napoli”nin heyətində ən çox qol vuran 3-cü futbolçu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button