Meneceri açıqladı: “O, karyerasını “Real”da bitirmək istəyir”

Cari mövsümün sonunda “Real”dan ayrılacağı deyilən Qaret Beylin meneceri Conatan Barnett açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, meneceri 29 yaşlı futbolçunun karyerasını “kral klubu”nda bitirmək istədiyini bildirib:

“İndi heç nə dəyişməyib. Beyl əvvəlki kimi “Real”a sadiqdir. O, karyerasını burda bitirmək istəyir”.

Bir müddət əvvəl komandanın baş məşqçisi Zinəddin Zidanın yayda uelsli futbolçunun satılması üçün razılıq verdiyi ilə bağlı xəbərlər yayılmışdı.

Bu mövsüm La Liqada 29 oyunda iştirak edən Beyl, 8 qolla yadda qalıb.