“Lion”da Depay şoku – AÇ-2020-ni buraxa bilər

“Lion”un iki futbolçusu sıradan çıxıb.

Komanda.az xəbər verir ki, Memfis Depay və Jeff Ren-Adelayde Liqa 1-in 18-ci turunun “Renn”lə matçında (0:1) zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Depay və Ren-Adelaydenin ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Hər iki futbolçu mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Niderland millisinin formasını geyinən Depayın AÇ-2020-ni də buraxmaq ehtimalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button