Meksika klubu 500 min avro verir – İsrafilova görə

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubundan ayrıla bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu Meksikanın “Atletiko San-Luis” klubundan təklif alıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Yeni mövsümdən elitada oynayacaq klubun Eddi üçün 500 min avro transfer haqqı ödəməyə hazır olduğu bildirilir.

İsrafilovla mövsümün sonunda İngiltərə çempionşipində çıxış etmək hüququ qazanan “Luton” komandasının da maraqlandığı iddia olunur.

Qeyd edək ki, ötən ilin yanvarından “Alkorkon”da oynayan Eddinin klubu ilə hələ 1 illik müqaviləsi var.