Mbappe: Son 45 ildə ilk dəfə…

PSJ Fransa Liqa 1-in 25-ci turunda səfərdə “Sent-Etyen”i minimal hesabla məğlub edib – 1:0.

Komanda.az Opta saytına istinadən xəbər verir ki, görüşün taleyini həll edən yeganə qolun müəllifi Kilian Mbappe, yeni rekorda imza atıb. Belə ki, Mbappe, son 45 ildə Fransa çempionatları tarixində 18 oyunda 19 qol vurmağı bacaran ilk fransız futbolçu olub.

Mbappe, 19 qolla Liqa 1-də bombardirlər yarışında ilk sıradadır. Onu 17 qolla komanda yoldaşı Edinson Kavani izləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button