Mbappedən “Real”a – “Məyusluğunuzu anlayıram”

Uzun müddətdir transfer məsələsi ilə futbol ictimaiyyətini məşğul edən, sonda Fransada – PSJ-də qalmağa qərar verən Kilian Mbappe “Real”a təşəkkür edib.

Komanda.az xəbər verir ki, fransalı hücumçu sosial media hesabında paylaşım edib və “Real”ın məyusluğunu başa düşdüyünü yazıb:

“Real”a və klubun prezidenti Florentino Peresə təşəkkür edirəm. “Real” kimi böyük bir klub tərəfindən istənilmək mənim üçün qürurvericidir. Onların məyusluğunu anlayıram. Parisdə, mənim şəhərimdə baş tutacaq UEFA Çempionlar Liqasının finalında onları dəstəkləyən əsas azarkeşlərdən biri olacam”.

Mbappenin “Real”a keçəcəyi gözlənilirdi. Amma o, PSJ ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.