Mbappe getmək istəyir

PSJ-nin hücumçusu Kilian Mbappe bu mövsümün sonunda komandadan ayrıla bilər.

Komanda.az “The Times”ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Paris klubundan ayrılmağa qərar verib. O, bu barədə klub rəhbərliyinə də məlumat verib. Fransalı futbolçunun İngiltərə Premyer Liqası və ya İspaniya La Liqasında çıxış etmək istədiyi bildirilir.

Mbappenin adı “Real” və “Liverpul”la yanaşı çəkilir.

2017-ci ildən PSJ-nin şərəfini qoruyan futbolçunun müqaviləsi 2022-ci ildə başa çatır.