“Onların böyük potensialı var, “qızıl top”u qazana bilərlər”

“Barselona”nın müdafiəçisi Jerar Pike PSJ-nin hücumçusu Kilian Mbappe və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland haqqında fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Mbappe və Halandın “qızıl top”u qazana biləcəyini deyib:

“Bu uşaqlar dünya futbolunun ən yaxşı oyunçuları arasındadır. Onların böyük potensialı var, “qızıl top”u qazana bilərlər. Haland qol vuran oyunçudur. Mbappe isə cinahda və mərkəzdə oynaya bilən çoxyönlü futbolçudur. Hər ikisi yaxşıdır”.

Halandın “Mançester Siti’yə, Mbappenin isə “Real”a keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button