“Mbappe və Poqba ilə birlikdə oynamaq istəyirəm, amma…” – Hazard

“Real”ın yeni transferi Eden Hazard birlikdə oynamaq istədiyi futbolçuların adlarını açıqlayıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Çelsi”dən “kral klubu”na transfer olunan belçikalı hücumçu, Madrid təmsilçisinin heyətində Kilian Mbappe və Pol Poqba ilə birlikdə oynamaq istədiyini deyib:

“Bura transferlərlə bağlı danışmaq üçün gəlməmişəm. Ən yaxşı futbolçularla oynamaq istədiyim üçün burdayam. Mbappe və Poqba ilə birlikdə oynamaq istəyirəm, amma bu tip məsələlərə qərar verəcək insan mən deyiləm”.